Naxçıvan Muxtar Respublikası – 100

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrası ilə bağlı məktəbin biologiya müəllimi Kərimova Xəyalə 18/12/2024-cü il tarixdə 5"A" sinfində Naxçıvanın yaranma tarixi və geosiyasi mövqeyi haqqında təşkilat saatı keçmişdir. Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi yol, iqtisadi-siyasi həyatı, ədəbi mühiti, flora və faunası şagirdlərlə müzakirə olunmuşdur.