Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı direktoryanı iclas keçirilib

2024/2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən təhsilalanların inkişaf dinamikasının izlənilməsi məqsədilə vaxtaşırı monitorinqlər keçirilir və nəticələr müzakirə olunaraq müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq 17/12/2024-cü il tarixdə keçirilmiş direktoryanı iclasda da məktəbin Fəaliyyət Planından irəli gələn məsələlər müzakirə edilmişdir.
9-cu siniflərdə dərs deyən Azərbaycan dili,riyaziyyat və ingilis dili müəllimlərinin iştirakı ilə keçirilən direktoryanı müşavirədə 9-cu sinif şagirdlərinin təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər, gözlənilən nəticələr, qarşıya qoyulmuş hədəflərin müzakirəsi aparılmışdır. Məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova 2023/2024- cü tədris ili ilə hazırkı tədris ilində keçirilən monitorinq qiymətləndirmənin müqayisəli təhlilinin nəticələri ilə iclas iştirakçılarını tanış etdi və nəticəsi zəif olan şagirdlərlə fərdi işlərin aparılması,ümumi nəticələrin yüksək olması üçün tapşırıqlar vermişdir.
Hər bir fəaliyyətin sonunda hesabatlılığın vacibliyini diqqətə çatdırmışdır.
İclasda çıxış edən dil-ədəbiyyat müəllimləri Fəridə Məhərrəmova,Afət Tağıyeva,riyaziyyat müəllimləri Arzu Cəfərova,Zəkiyyə Zeynalova,ingilis dili müəllimləri Fərqanə Mikayılova, Günel Hüseynova bir sıra təkliflər vermişlər və ümumi qərarlar qəbul edilmişdir.