Riyaziyyat fənn aylığı çərçivəsində dərsdinləmələr keçirilib

     Məktəbdə 16/12/2024-cü il tarixində riyaziyyat fənn aylığı çərçivəsində 7"Ç" sinfində dərsdinləmə keçirilib.Riyaziyyat müəllimi Adilova Vüsalənin dərsdinləməsində məktəb rəhbərliyi iştirak etmişdir.
     Yeni təlim metodlarının tətbiqi ilə keçirilən dərsin əsas aktiv hissəsi şagirdlərin sərbəst tapşırıqlar yerinə yetirmələri oldu.
Dərsin məqsədi şagirdlərdə riyaziyyat fənninə maraq oyatmaq və onun başqa fənlərlə əlaqəsini yaradaraq digər fənlərə qarşı da şagirdlərdə dünyagörüşünün formalaşdırılması  idi.Mövzu üzrə şagirdlərlə  geniş müzakirələr aparıldı.Müəllim həm dərsin gedişi zamanı, həm də dərsin sonunda şagirdlərin biliklərini qiymətləndirdi. Dərs bitdikdən sonra nəticələr ümumiləşdirilib, nəticələr təhlil edilərək direktor əvəzedicisi Zərifə Cəfərova tərəfindən müəllimə müvafiq tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi