"Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsi ilə bağlı tədbirlərimiz davam edir

       “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələn "Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsinə dair Tədbirlər Planının icrasının yerinə yetirilməsi  ilə bağlı Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim
tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində tədbirlər həyata keçirilir.
Bununla əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq məktəbin tarix müəllimi Ağayeva Vüsalə 16/12/2024-cü il tarixdə   Vll"Ç" sinfində "Qədim diyarımız Naxçıvan- 100 il" adlı dərs keçmişdir.Dərsdə videoçarxlar nümayiş etdirilmiş,şagirdlərin çıxışları dinlənilmiş,Naxçıvanın qədimliyinə,geosiyasi mövqeyinə,etimologiyasına,tarixinə dair hazırladıqları divar qəzetlərinin  haqqında məlumatlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi