"Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsi ilə bağlı tədbir

"Məktəblərdə Naxçıvan ayı"nın keçirilməsinə dair Tədbirlər Planının icrası ilə bağlı təlimatın 1-ci bəndinə uyğun olaraq 8"D" sinif rəhbəri Mikayılova Fərqanə 13/12/2024-cü il tarixdə sinifdaxili tədbir təşkil etmişdir.
Debat şəklində təşkil olunan bu dərsdə Naxçıvanın geosiyasi mövqeyi,XX əsrin əvvəllərində baş veren siyasi hadisələr və Naxçıvan Muxtar Respublikasının yaranması haqqında söhbətlər aparılmış,şagirdlərlə diskussiya təşkil edilmişdir.Naxçıvanın qədim tarixi,etimologiyası ilə bağlı yazılan əsərlər haqqında məlumatlar videoslaydlar şəklində nümayiş etdirilmişdir.