Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı elmi- praktik konfrans keçirilib

12 dekabr 2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan ” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak etmişlər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.Konfransı giriş sözü ilə açan məktəbin tarix müəllimi Elşən Zeynalov, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında, xalqımızın siyasi müqəddəratının müəyyənləşməsində oynadığı tarixi roldan, həmçinin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışdı, həmçinin, Azərbaycançılıq ideologiyasının banisi, Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyət Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycanın regionda ən qüdrətli ölkəyə çevrilməsindən bəhs etdi.
Daha sonra çıxış üçün söz məktəbin direktor əvəzi Zərifə Cəfərovaya verilmişdir. O, çıxışında bildirmişdir ki,müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir . Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı ətraflı danışan məktəb rəhbəri qeyd etmişdir ki, Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığını, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarıdır. Bu gün dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın iradəsinə əsaslanan siyasət həyata keçirməklə, zirvələrə daşıyacaq lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Müstəqil Azərbaycan, Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir.