Ulu Öndər Heydər Əliyevin "Anım günü"nə həsr olunmuş təşkilat saatları keçirilir

11/12/2024-cü il tarixdə məktəbin tarix müəllimi Ağayeva Vüsalə 7"Ç" sinfində Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş təşkilat saatı keçirmişdir. Dahi şəxsiyyət haqqında geniş məlumat verən Vüsalə müəllim qeyd etmişdir ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.Şagirdlərin ifasında şeirlər səsləndirilmiş,Ulu Öndərə həsr olunmuş videoslaydlar nümayiş etdirilmişdir.
Böyük siyasi və dövlət xadimi, xalqın əvəzsiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş və buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmişdir.