"Heydər Əliyevin həyat yolu və irsi" mövzusunda təşkilat saatı keçirilib

Heydər Əliyev Azərbaycan Respublikasının qurucusu, lideri, ən çətin vəziyyətdən Azərbaycanı xilas edən dahi, əvəzolunmaz bir şəxsiyyətdir. 11/12/2024-cü il tarixdə məktəbin biologiya müəllimi Xəyalə Kərimova 5"A" sinfində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyevin həyat yolu və irsi" mövzusunda təşkilat saatı keçirmişdir. Təşkilat saatında şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti barədə məlumat verilib,şagirdlərin ifasında bu dahi şəxsiyyətə həsr olunmuş maraqlı məlumatlar,şeirlər səsləndirilib ,videoslaydlar nümayiş etdirilib.