Bullinq haqqında maarifləndirici seminar keçirilib

       Şagird sağlamlığı və təhlükəsizliyi, məmnunluğu, nizam-intizamın idarə olunması və məktəbdə həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bullinqlə bağlı maarifləndirici seminar keçirilmişdir. 10/12/2024-cü il tarixdə məktəb psixoloqu İmaməliyeva Turanə və GÇH rəhbəri Mehdiyev Aslanşahın 11"C" sinfində təşkil etdikləri bu seminarda zorakılıq (bullinq) və kiber zorakılıq (kiberbullinq),onların  digər növləri arasındakı fərqlər, kiber zorakılıq davranışlarının psixoloji izahı, onun psixoloji təsirləri, yayılması, yaş və cins kimi  demoqrafik xüsusiyyətləri barədə şagirdlərə  məlumatlar verilmişdir.
         Bullinq kiməsə ləqəb qoşmaq, ona qarşı alçaldıcı sözlər işlətmək, müəyyən bir işi etməyəcəyi təqdirdə fiziki zorakılıq göstərməklə, şantaj etməklə, ona məxsus olan əşyalara və ya kiçik bacı-qardaşlarına zərər yetirməklə qorxutmaq, qrupdan kənarda saxlamaq kimi formalarda törədilə bilər. Məktəb mühitində zorakılığın qarşısını almaq və şagirdlər arasında şəxsiyyətlərarası münasibətlərin düzgün qurulmasına dəstək olmaq məqsədilə keçirilən bu seminarda məhz bu faktorlarla bağlı şagirdlərlərlə müzakirə aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi