"Dəyirmi masa" keçirilib

    Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə 09/12/2024-cü il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Lamiyə Sadıqovanın  təşkilatçılığı ilə VIII "E" sinfində bu mövzuda "Dəyirmi masa" keçirilib. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Lamiyə  müəllim dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu şagirdlərin diqqətinə çatdırdı. Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışdı. "Dəyirmi masa"nın sonunda şagirdlər çıxışlar edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən  təməli qoyulmuş azərbaycançılıq ideologiyasının Azərbaycanın müasir dünyada tanınmasını, milli dövlətçiliyimizin ideya əsasını təşkil etdiyini diqqətə çatdırdılar.
Şagirdlərin ifasında ümummilli liderimiz haqqında məlumatlar səsləndirildi,onun həyatından və siyasi fəaliyyətindən  bəhs  olunan videoslaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi