Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

       “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə Tədbirlər Planının icrası ilə bağlı 05/12/ 2024- cü il tarixində tədbir  keçirilmişdir.
 Tədbirdə məktəbin rəhbər və müəllim heyəti iştirak etmişdir.
Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
Pedaqoji kollektivin iştirakı ilə keçirilən bu tədbirdə məktəbin direktor əvəzi Zərifə Cəfərova çıxış edərək,dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib və  müvafiq normativ-hüquqi sənədlərin tələblərini tədbir iştirakçılarının  diqqətinə çatdırıb.O,bu halların baş verməməsi üçün vicdanla çalışmağa, pedaqoji kollektivi  vəzifəsindən sui-istifadə etməməyə səsləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi