Şagirdlərimiz Beynəlxalq layihədə uğur qazanıblar

      Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işini aktiv olaraq davam etdirir. 2005-ci ildə yaradılan eTwinning layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu bu layihəyə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanır.
eTwinning Plus layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Azərbaycan məktəblərinin "eTwinning Plus” layihəsinindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
Bu il Azərbaycan üzrə 253 müəllim Avropa Keyfiyyət Nişanına layiq görülüb. Məktəbimizin xarici dil müəllimi İlahə Quliyeva və şagirdlərimiz "AI Scholars" və "European Culture" layihələri üzrə fəal iştirak edərək bu qaliblər arasındadırlar.
Məktəbin direktor əvəzi Zərifə Cəfərova bu münasibətlə müəllimi və şagirdləri təbrik etmiş,onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi