"Bebras "İnformatika və Alqoritmik düşüncə müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil İnstitutunun və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə "Bebras" İnformatika və Alqoritmik düşüncə üzrə beynəlxalq onlayn müsabiqəsi 2-9 dekabr tarixlərində keçirilir.
"Bebras" İnformatika və Alqoritmik düşüncə müsabiqəsində 1-10 -cu sinif şagirdləri iştirak edə bilər. Elə bu məqsədlə də "Bebras" həftəsində məktəbimizin müxtəlif siniflər üzrə şagirdləri koordinator Aytən Həsənovanın rəhbərliyi ilə bu müsabiqədə böyük həvəs və maraqla iştirak edirlər.