Maarifləndirici seminar keçirilib

2024/2025-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.29 bəndinə əsasən məktəbin IX sinif şagirdləri üçün maarifləndirici seminar təşkil olunmuşdur. Məktəb psixoloqu İmaməliyeva Turanə aşağıdakı mövzu üzrə şagirdlərlə söhbət aparmışdır :"Zərərli vərdişlər-alkoqolizm və narkomaniya"mövzularında olan bu seminarların keçirilməsində əsas məqsəd şagirdlərə dövrün qlobal problemləri ilə bağlı məlumatların verilməsi və onlara bu problemlərlə qarşılaşdıqları halda edə biləcəkləri düzgün yolu göstərmək,hər hansı bir səhv hərəkətlərdən çıxış yolunu başa salmaqdan ibarət olmuşdur.Şagirdlər üçün çox maraqlı keçən bu görüşdə onları maraqlandıran suallar cavablandırılmışdır.