"Erkən nigaha yox deyək!"-maarifləndirici dərs keçirilib

02/12/2024-cü il tarixdə məktəbin biologiya müəllimi Zərifə Cəfərova 11"A" sinfində "Erkən nigaha yox deyək"adlı maarifləndirici dərs keçmişdir.
Şagirdlərlə qarşılıqlı diskussiya şəraitində keçən bu dərsdə erkən nigah,yarımçıq qalan təhsil ,erkən nigahın sağlamlığa mənfi təsiri və s.problemlər müzakirə olundu.
Mövzuyla bağlı geniş çıxış edən müəllim,erkən nikahın fəsadları, uşaqların hüquqları və ailə qurmağa hazır olmağın vacib şərtləri haqqında danışdı,erkən nigahın və qohumlar arasında nigahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə fikirlərini bildirdi və qeyd etdi ki,erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi tədbirlər görülür.
Müzakirələrdə aktiv iştirak edən 11"A"sinif şagirdləri - Rinat Mehdixanlı,Nübar Qurbanlı,Zəhra Hümbətova ,Nihat Əlili,Rəşad Abşzadə,Tunar Rəhimli mövzu ilə bağlı maraqlı və aktual fikirlər səsləndirdilər.
Dərsin keçirilməsində məqsəd şagirdlərin erkən nigahın mənfi təsirləri barədə məlumatlılığını artırmaq və onları düzgün seçimlər etməyə təşviq etmək idi.