Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi

30.11.2024-cü il tarixdə məktəbin illik Fəaliyyət Planına əsasən, ayrı-ayrı fənlər üzrə biliyi və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdlərin aşkar edilməsi, onların potensial imkanları nəzərə alınaraq inkişafının təşkil edilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi və RFO-da iştirak edəcək məktəblilərin təyin edilməsi məqsədi ilə olimpiadanın məktəb turu keçirilib. Olimpiadada yuxarı sinif şagirdləri iştirak ediblər.Direktor əvəzi Zərifə Cəfərova , fənn metodbirləşmə rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə keçirilən olimpiadanın nəticələri komissiya tərəfindən yoxlanıldıqdan sonra ll tura keçən şagirdlər müəyyənləşdiriləcək.