Müasir metodist layihəsi çərçivəsində təlim keçirilib

Bakı şəhəri 71 nömrəli tam orta məktəbdə ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən müasir metodist layihəsi çərçivəsində müəllimlərin peşəkar inkişafı məqsədilə təşkil olunmuş təlimləri başa çatmışdır.Təlim, metodist Gülnisə Piriyeva tərəfindən keçirilmişdir.Təlimin məqsədi müəllimlərə dərs prosesini effektiv şəkildə planlaşdırmaq və təşkil etmək üçün zəruri bilik , bacarıq və yanaşmalar qazandırmaq olmuşdur.Uğurla başa çatan təlimdə həm ibtidai sinif müəllimləri,həm də fənn müəllimləri iştirak etmişlər.