Dərsdinləmələr keçirilib

28/11/2024-cü il tarixdə ingilis dili fənn aylığı çərçivəsində məktəbin ingilis dili müəllimləri Rüstəmli Xəyalənin 2"E", Orucova Validənin isə, 5"Ç" sinfində "dərslərii dinlənilmişdir.
İngilis dili fənn metodbirləşmə sədri Mikayılova Fərqanənin və ingilis dili fənn müəllimi Şahbəddinova Ləmanın müşahidə apardıqları bu dərslərdə əsas məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının öyrənilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi səviyyəsi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur.Dərslərin sonunda müzakirələr aparılmış,dərslər təhlil olunmuşdur.