UBTR - nin təqdimatı

71 nömrəli tam orta məktəbə yeni təyin olunmuş Uşaq birliyi təşkilatı rəhbəri Qasımova Aynurənin təqdimatı oldu.
Təqdimatda məktəb rəhbərliyi,pedaqoji kollektiv iştirak edib. Məktəbdə müvəqqəti olaraq direktor səlahiyyətlərini icra edən Zərifə Cəfərova, Aynurə xanımı kollektivə təqdim edərək ona uğurlar arzulayıb.Təqdimatdan sonra kollektivi üzvləri- Fəridə Məhərrəmova,Afaq Nəbiyeva və digər müəllimlər də Aynurə xanımı təbrik etmiş və yeni işində ona bol-bol nailiyyətlər arzulamışlar.
Aynurə Qasımova da öz növbəsində rəhbərliyə və kollektivə təşəkkürünü bildirmiş ,ona edilən bu etimadı hər zaman doğruldacağını söyləmişdir.