Valideyn iclasları keçirilib

Noyabr ayı ərzində məktəbdə IX,X,XI siniflərin valideyn iclasları keçirilmişdir. İclasın əsas məqsədi valideynlərlə birgə şagirdlərin təhsili və tərbiyəsinə aid problemlərin həlli yollarını axtarıb tapmaq, IX,X,XI siniflərdə keçirilən monitorinq nəticələrini valideynlərin nəzərinə çatdırmaqdan ibarət olub.
Məktəbin direktor əvəzi Zərifə Cəfərova çıxış edərək bildirib ki, yeni nəslin yetişməsində müəllimlərlə yanaşı valideynlərin də məktəbə dəstəyi vacibdir.
O,qeyd etmişdir ki,valideynlər övladlarının mükəmməl təhsil almasında, onların düzgün tərbiyə olunmasında məktəblə əlbir olmalıdırlar,IX sinif üzrə qarşıda duran vəzifələr və buraxılış imtahanlarına hazırlıq məqsədilə də mövzuya toxunan məktəb rəhbəri, bu istiqamətdə görülən işlər və valideynlərin övladlarına dəstəyi,qayğısı ilə bağlı fikirlər səsləndirmiş,eləcə də sonda "Şagird davranış qaydaları" ilə bağlı təlimatla valideynləri tanış etmişdir.
Məktəb rəhbərliyi ilə yanaşı ,ayrı-ayrı fənn müəllimlərinin də iştirak etdiyi valideyn iclaslarında ,müəllimlər valideyn əməkdaşlığının gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri haqqında,şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində, dərsə davamiyyət,məktəbdaxili nizam- intizam qaydaları haqqında müzakirələrdə öz fikirlərini söyləmişlər.