Valideyn iclaslarının keçirilməsi davam edib

Vlll sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib.İclasda məktəb rəhbərliyi,sinif rəhbərləri və fənn müəllimləri iştirak etmişlər. Məktəbin direktor əvəzi Zərifə Cəfərova buraxılış imtahan fənləri üzrə keçirilmiş monitorinqin nəticələri, məktəbli formalarının vəziyyəti, şagirdlərin dərsə davamiyyət məsələləri haqqında valideynlərə məlumat vermiş ,"Şagird davranış qaydaları" ilə bağlı təlimatla onları tanış etmişdir.
Valideynlərin təklif, arzu və istəkləri dinlənilib, sualları rəhbərlik və fənn müəllimləri tərəfindən cavablandırılmış,
valideyn-şagird-müəllim üçbucağının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.