BilBacarın "Hazırlıq" mərhələsi keçirilib

26/11/2024-cü il tarixfə BilBacar müsabiqəsinin noyabr ayına uyğun "Hazırlıq" mərhələsi keçirilmişdir.Məktəb koordinatoru Həsənova Aytən,informatika müəllimləri - Sadıqova Abidə,Abdullayeva Tamillanın rəhbərlikləri ilə keçirilən bu müsabiqə, şagirdlərə "Yarış " mərhələsində daha uğurlu nəticə əldə etməyə şərait yaradır .
Qeyd edək ki, məktəbin 115 şagirdinin iştirakı ilə BilBacar müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdən ibarətdir.