Valideyn iclasları keçirilib

       Məktəbin V,Vl və Vll sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olunmuşdur.
Bir neçə gün ərzində davam edən görüşlərdə  məktəbin rəhbər və pedaqoji heyəti, eləcə də valideynlər iştirak etmişlər. İclası giriş sözü ilə açan məktəbin direktor əvəzi Zərifə Cəfərova  çıxış edərək valideyn-məktəb münasibətlərinin əhəmiyyətini vurğulamış, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd etmiş və aşağıdakı məsələlər haqqında ətraflı söhbət açmışdır:
-tədris prosesində şagird nailiyyətlərinin müzakirəsi
- valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılacaq addımların müəyyənləşdirilməsi
-zərərli vərdişlərə və narkomaniyaya qarşı birgə mübarizə aparılması
-müəllim, valideyn və şagird üçbucağının düzgün qurulması
-şagirdlərin dərsə davamiyyəti, nizam-intizamın yüksəldilməsi.
Görüş zamanı valideynlər onları maraqlandıran məsələlər barədə suallar vermiş, öz təklif və fikirlərini bildirmişlər, mövcud problemlərin həlli istiqamətində birgə müzakirələr aparılmışdır. Görüşdə "Şagird davranış qaydaları" ilə də bağlı valideynlərə məlumat verilmiş, görüş  səmərəli və faydalı müzakirələrlə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi