İbtidai siniflərdə valideyn iclası keçirilib

     Valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirmək, təhsil və təlimlə bağlı məsələləri valideynlərin nəzərinə çatdırmaq, tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələri müzakirə etmək məqsədilə məktəbdə mütəmadi olaraq valideyn iclasları keçirilir.
       Noyabr ayı ərzində keçiriləcək bu iclaslar ibtidai siniflərdən başlamışdır.  Bir neçə gün ərzində ardıcıllıqla l,ll,lll,lV siniflərin valideynləri ilə keçirilən iclaslarda rəhbərlik, fənn müəllimləri və valideyinlər iştirak etmişlər.  İclas çərçivəsində məktəbin direktor əvəzi Zərifə Cəfərova şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması üçün  fikir mübadiləsi aparıb.O,qeyd edib ki,şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var. Şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarəti mütləqdir. Məktəb psixoloqu İmaməliyeva Türanə ailədə sağlam psixoloji mühitin şagirdlərin formalaşmasında rolu və digər vacib  məsələlər haqqında söhbət aparıb,eləcə də ibtidai sinif müəllimləri də iclasın gedişi zamanı müzakirələrə qoşulmuş ,fikir mübadiləsi aparmışlar.
      Həmçinin, iclas zamanı valideynlər "Şagird davranış qaydaları" ilə bağlı təlimatla tanış olub və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi