İngilis dili fənni üzrə dərsdinləmələrimiz davam edir

       2024-2025-ci tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"na əsasən İngilis dili fənn  aylığı ərəfəsində dərsdinləmə 9"B"  sinfində davam etdi.26/11/2024-cü il tarixdə ingilis dili müəllimi Quliyeva İlahənin dərsi dinlənilmişdir.Şagirdlər dərs zamanı qruplara bölünüblər. Mövzu ilə bağlı  videoçarx izlənilib. Tədqiqat işi aparılıb, mövzu üzrə  suallar cavablandırılıb. Dərsdə yeni innovativ metodlardan iştifadə olundu
       Dərsi dinləyən ingilis dili müəllimi Şükürova Alidə tərəfindən dərsin müşahidə məqsədi xarici dil olan ingilis dili fənni üzrə şagirdlərin biliyinin yoxlanması, onların nitq adaptasiyası, keçilən materialın qavranılması və müəllimin yeni tədris metodlarını mənimsəmə texnologiyasının izlənməsi xarakteri daşıyırdı.  Sonda müəllim ev tapşırırlqarını verərək qiymətləndirmə apardı. Dərs bitdikdən sonra dərsin müzakirəsi aparıldı, təhlillər edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi