Pedaqoji Şuranın iclası keçirilib

2024/2025-ci tədris ili üzrə Fəaliyyət Planına əsasən görülən işlər və qarşıda duran məsələlərlə bağlı Pedaqoju şuranın növbəti - 2-ci iclası keçirildi.İclası açıq elan edən məktəbin direktor əvəzi Zərifə Cəfərova çıxış edərək gündəlikdə duran məsələlər haqqında pedaqoji heyətə məlumat verdi. O, görülən işləri, qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırıb.Eləcə də məktəb rəhbəri iclasın gündəliyində duran məsələlər ilə yanaşı, məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunmuşdur.
Məktəbin psixoloqları risk qrupuna daxil olan şagirdlər və onlarla bağlı görülən işlər haqqında məlumat vermişlər. Pedaqoji şuranın yekunu olaraq gündəlikdə duran məsələlər və cari məsələlərlə bağlı qərarlar qəbul edilmişdir.