"Azərbaycanın Dövlət Bayrağı Günü" münasibətilə təşkilat saatı keçirilib

       Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır və 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur.
   Bu gün hər birimiz üçün qürur bayramı,bu müqəddəs gün-müstəqilliyimizin və suverenliyimizin simvolu olan bayrağımızı qürurla yüksəltdiyimiz gündür. Bayrağımızın rəngləri bizim azadlıq, birlik və inkişaf arzularımızı təcəssüm etdirir. Bu bayram, milli ruhumuzu və birliyimizi daha da möhkəmləndirir.
       2024/2025-ci tədris ili üzrə məktəbin "Fəliyyət Planı"na uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir."Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə keçirilən belə tədbirlərdən biri də ibtidai sinif müəllimi İsmayılova Əsmayə tərəfindən keçirilmişdir.O,1"B" sinfində- təşkilat saatında keçirdiyi bu tədbirdə qeyd etmişdir ki,müasir, müstəqil Azərbaycan dövlətinin rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Himnimiz, gerbimiz kimi bayrağımız da müstəqillik tariximizin varislik ənənəsinin təsdiqidir. Bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir.Müəllimin təqdimatından sonra,şagirdlər bayrağımıza həsr olunmuş şeirlər söyləmiş,mahnılar səsləndirmişlər.
   Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.Bütün xalqımızı Bayraq Bayramı münasibətilə ürəkdən təbrik edirik və sevinc, sülh və uğur dolu günlər arzulayırıq! Azərbaycanımız hər zaman yüksələn bayrağın altında çiçəklənsin!
    Dövlət Bayrağı gününüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi