“İşğal altında olmuş torpaqlarda ekoloji terror” mövzusunda maarifləndirici dərs

       07/11/2024-cü il tarixdə məktəbin tarix müəllimi Quliyeva Gülnaz aktual və vacib mövzulardan biri olan "İşğal altında olmuş torpaqlarda ekoloji terror” mövzusunda maarifləndirici dərs təşkil etmişdir.
   "Ermənilərin ekoloji terrorları başlaması” , “Topxana meşəsi”, “Qaragöl qoruğu” , “Bəsitçay qoruğu” , “Oxçuçayın çirklənməsi” , “Maddi mədəni abidələrimizin məhv olunması” mövzularında geniş məlumat verən Gülnaz müəllimənin təqdimatından sonra şagirdlərlə müzakirə aparıldı.Mövzularla bağlı şagirdlərimiz həm biliklərini dərinləşdirdilər, həm də ətraf mühitə olan təsirləri daha yaxşı anladılar. Belə tədbirlər gələcək nəsillərin ekoloji vəziyyəti daha dərindən təhlil edib gələcəkdə  bu istiqamətdə təbiətin,ekologiyanın qorunması ilə bağlı görəcəkləri işlər üçün  onlarda  məsuliyyət hissinin artırılmasında önəmli rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi