Şəhidlərin məzarı ziyarət olunub

"8 noyabr- Zəfər Günü" ilə bağlı məktəbin rəhbər heyəti başda olmaqla bir qrup müəllim və şagirdləri Şəhidlərin məzarını ziyarət etmişlər. Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi yad edilmiş, böyük ehtiramla həyat və döyüş yolları haqqında məlumatlar şagirdlərə çatdırılmışdır.
Bu cür ziyarətlərin təşkil olunmasında əsas məqsəd şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması,bizə çox əziz olan Şəhidlərimizin unudulmaması və onların daim yad olunaraq şərəfli ömür yolları haqqında məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.