"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda maarifləndiruci dərs

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 - cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6_ cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024 cü il üçün Tədbirlər Planına əsasən məktəbin tarix müəllimi Ağayeva Vüsalə 9"Ç" sinfində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda maarifləndiruci dərs keçmişdir.Müəllim öz təqdimatında bildirmişdir ki,2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib.Bundan sonra isə, şagirdlərin hazırladıqları təqdimatlar dinlənilib,müzakirələr aparılıb.