İngilis dili fənni üzrə dərsdinləmələrimiz davam edir

2024-2025-ci tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"na əsasən İngilis dili fənn aylığı ərəfəsində dərsdinləmə 6"C" sinfində davam etdi.07/11/2024-cü il tarixdə ingilis dili müəllimi Şahbəddinova Ləmanın dərsi dinlənilmişdir. Dərsi dinləyən ingilis dili müəllimi Quliyeva İlahə dərsin müşahidəsi zamanı dərsin məqsədi, standartlara və məzmuna uyğunluğu, onun dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətləri, qiymətləndirmə meyarları və s. prosesləri qeyd edərək dərsdinləmənin sonunda müəllimlə müzakirə etmişdir.