8 Noyabr " Zəfər Günü"nə həsr olunmuş siniflərarası futbol yarışı keçirilib

       8 Noyabr "Zəfər Günü"nə həsr olunmuş siniflərarası futbol yarışı keçirilib.Fiziki tərbiyə müəllimi Elmar İmanov və Şaməddin Babayevin təşkilatçılığı ilə keçirilən bu yarışda IX, X, XI sinifləri təmsil edən komandalar mübarizə aparmış və 1-ci yerə 11"A"sinifini təmsil edən komanda  çıxmışdır.
Məktəbin direktor əvəzi Zərifə Cəfərova 1-ci yerə çıxmış 11"A" sinifinin komandasını təbrik edib.Komandanın kapitanına GÇH müəllimi Aslanşah Mehdiyev tərəfindən kubok təqdim olunub. 
      Yarışın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabətin formalaşdırılmasından, onların gələcəkdə rayon və şəhər üzrə keçiriləcək idman yarışlarında iştirakını təmin etməkdən ibarət olub.
Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi