"Zəfərin mübarək ,Azərbaycan" adlı tədbir keçirilib

07.11.2024-cü il tarixdə məktəbin ingilis dili müəllimi Alidə Şükürovanın və musiqi müəllimi Məryəm Qurbanovanın təşkilatçılıqları ilə "Zəfərin mübarək ,Azərbaycan" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər, eləcə də Şəhid Saleh Əliyevin , Şəhid Nicat Xələfovun, Şəhid Məhəmməd Şəbiyevin ,Şəhid Nicat Qasımovun valideynləri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himnilə başladı. Ardınca Şəhidlərimizin əziz və əbədi xatirələri bir dəqiqəlik sükutla yad edildi. Aparıcının Zəfər Günü ilə bağlı məzmunlu təqdimatından sonra tədbir şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnı,səhnəcik və şeirlərin təqdimatı ilə davam etdi. Daha sonra tərtibatı məktəbin musiqi müəllimi Məryəm Qurbanovaya məxsus olan rəngarəng musiqilər xor qrupunun ifasında səsləndirildi. Gözəl rəqs nümunələri tədbirə daha bir gözəllik qatdı.
Vətən müharibəsini əks etdirən videoçarxlar, ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının hər zaman Qələbəmizə inandığını bildirən və bu Qələbənin sübutunu əks etdirən çıxışlarından hazırlanmış videosüjetlər, eləcə də millətimizə,ölkəmizə zəfər sevinci yaşadan Şəhidlərimiz haqqında videosüjetlər nümayiş etdirildi.
Daha sonra ürək sözlərini demək üçün Şəhid ailələrinə söz verildi və eləcə də məktəbin müəllimləri çıxış edərək öz ürək sözlərini dedilər. Sonda isə, məktəbin direktor əvəzi Zərifə Cəfərovaya söz verildi. O,çıxış edərək tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etmişdir və bu gözəl tədbirin hazırlanmasında zəhməti keçən hər kəsə təşəkkürünü bildirmişdir.
ZƏFƏR BAYRAMIMIZ MÜBARƏK!!!!!