"Zəfər Günü"nə həsr olunmuş təşkilat saatları keçirilib

       Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "8 Noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən tədbirlər planına uyğun olaraq həftə boyu keçirilən təşkilat saatları bu mövzuya həsr olunmuşdur. Noyabrın 6-da  məktəbin biologiya  müəllimi  Kərimova Xəyalə 5"A"sinfində keçirdiyi təşkilat saatında  şagirdlərə Zəfər Günü ilə bağlı məlumat verib. Qələbəmizi əks etdirən videoçarxlar nümayiş olunub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər,mahnılar ,məlumatlar səsləndiriblər. Azərbaycan ordusunun əsgərlərindən,Şəhidlərdən,qazilərdən, Qarabağın işğaldan azad edilməsindən danışılıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi