"8 Noyabr- Zəfər Günü" ilə bağlı sərgi təşkil olunub

06.11.2024-cü il tarixdə Zəfər Günü ilə bağlı Tədbirlər Planının müvafiq bəndi üzrə məktəbin təsviri incəsənət müəllimi və "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Abdullayeva Mətanət sərgi təşkil etmişdir. Sərgidə Zəfər bayramı münasibətilə şagirdlərin əl işləri nümayiş olundu.
Şagirdlərimizin mövzu ilə bağlı maraqlı rəsm nümunələri vətənə,torpağa olan sevginin bariz nümunəsidir.Onların vətənpərvərlik ruhunda nümayiş etdirilən əsərləri izləyənlərin böyük marağına səbəb olmuşdur.