Şagirdlərimiz ADA universitetinə ekskursiyaya gediblər

Məktəb-universitet əməkdaşlığı çərçivəsində məktəbin 10,11-ci sinif şagirdləri məktəbin müəllimləri- Susanna Abduləzimova və Səbinə Mürşüdovanın rəhbərliyi ilə ADA universitetinə ekskursiyaya getmişlər.
ADA Universitetinin dəvəti ilə bu gözəl təhsil ocağının qonağı olan şagirdlərimizi, universitet əməkdaşı Elşad Göyüşöv, universitetin yaranma tarixi, fakultələri, məzunları, karyera mərkəzi, universitetin üstünlükləri və qəbul qaydaları ilə yaxından tanış etdi. Azərbaycanda yaradılmış beynəlxalq təhsil mühiti olaraq şagirdlərə geniş məlumatlar təqdim etdi. Müasir təhsil tələbləri,formalaşdırılan bacarıqlar,dünya təhsilinə inteqrasiya,zəngin maddi-texniki infrastuktur və ən başlıcası peşəkar müəllimlər,öyrənmə və inkişaf mühitinin olması bu təhsil ocağının dövlətimizə verdiyi töhfələri göstərir. ADA Universitetinə,onun rektoru hörmətli Hafiz müəllimə,bir sözlə, ADA ailəsinə əlverişli və səmərəli təhsil mühitinə görə, ekskursiya müddətində şagirdlərimizə yoldaşlıq edən,əziyyətlərini çəkən,sevə-sevə suallarını cavablandıran Elşad bəyə 71 nömrəli məktəbin direktor əvəzi Zərifə Cəfərova və bütün kollektiv adından dərin təşəkkürümüzü bildiririk və çox sağ olun deyirik.