"Reproduktiv sağlamlıq” mövzusunda “Mən və mənim əhatəm” adlı məşğələ keçirilib

        "Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində məktəbin psixoloqları Turanə İmaməliyeva və Günel Nəsirzadə  şagirdlərlə “Mən və mənim əhatəm” mövzusunda məşğələ keçiriblər. Məşğələnin keçirilməsinin əsas məqsədi yeniyetmələrin ətrafdakılarla münasibətini,  oğlanlar və qızlar arasında dostluq münasibətlərinin mahiyyətini aydınlaşdırmaqdan ibarət olub.
 06.11.2024-cü il tarixində keçirilən bu məşğələdə şagirdlərə psixoloqlar tərəfindən dostluğun əhəmiyyəti, dostluq və dostluğa verilən tələblər,yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri haqqında məlumatlar verildi. Çıxış edən psixoloqlar bildirib ki, hər bir yeniyetmə yaxın dost arzulayır. Həm də elə bir dost ki, ona özü kimi etibar etsin və bu dost ona sadiq olsun. Daha sonra  dostluq münasibətlərinin mahiyyəti haqqında diskussiyalar aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi