Şagirdlərin icbari dispanser müayinəsi keçirilib

Uşaqların icbari dispanser müayinəsinin təşkili və vaxtında keçirilməsi, onlar arasında müalicə sağlamlıq işlərinin təşkil edilməsi məqsədilə həkim mütəxəssislərdən ibarət komissiya yaradılıb. Kardioloq, allerqoloq, cərrah, nevropotoloq, pediatr, oftolmoloq və digər ixtisaslı həkimlərdən ibarət komissiya heyəti məktəb həkimi ilə birgə 71 nömrəli tam orta məktəbdə IX-X-XI şagirdlərini müayinə etmiş, müayinə zamanı gənclərdə üzə çıxan xəstəliklərin müalicəsinin keyfiyyətli təşkil edilməsi üçün lazımi tədbirlər görülmüşdür.