Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

       20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunur.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
"Uşaq hüquqları aylığı" ilə əlaqədar olaraq 05.11.24 tarixində məktəbin ibtidai sinif müəllimi İsmayılova Əsmayə 1"B" sinfində "Hüquqlarımızı bilək"mövzusunda maarifləndirici dərs təşkil etmişdir.Balaca fidanlar uşaq hüquqları ilə bağlı maraqlı məlumatlar öyrənmiş və özləri də bütün dərs boyu mövzu ilə bağlı müzakirədə fəal iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi