"Uşaq hüquqları aylığı" çərçivəsində "Dəyirmi masa"keçirilib

       4 noyabr 2024-cü il tarixində “Uşaq hüquqları” aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Fatimə Xəlilova tərəfindən "Dəyirmi masa" keçirilib . Dəyirmi masada məktəbin direktor əvəzi Zərifə Cəfərova,fənn metodbirləşmə sədri Susanna Abduləzimova iştirak ediblər.
       İlk öncə müəllim “Uşaq hüquqları aylığın”ın hər il  ölkəmizdə qeyd olunmasını şagirdlərin nəzərinə çatdırıb, uşaqların problemlərinin həllinin, onların hüquqlarının qorunmasının ölkəmizdə ən aktual məsələlərdən biri olduğunu qeyd etmişdir. Daha sonra şagirdlər  “Uşaq hüquqları konvensiyası” və orada əksini tapan öz hüquq və vəzifələri haqqında danışdılar.  Həmçinin, şagirdlər “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda divar qəzetləri və təqdimatlar hazırlamış,eləcə də mövzu ilə bağlı videoçarx nümayiş etdirdilər.
      "Dəyirmi masa"da iştirak edən Zərifə Cəfərova uşaqların hüquq və azadlıqları, uşaq hüquqları konvensiyası barədə şagirdlərə məlumat verərək, bir sıra ölkələrdə uşaq hüquqlarının necə qorunması məsələsinə toxunmuş, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onlar üçün hər cür şəraitin yaradıldığını vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi