"Dünya mətbəxi"mövzusunda ingilis dili dərsi

        2024-2025-ci tədris ili üzrə məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.1 bəndinə əsasən vaxtaşırı olaraq  dərsin məqsədlərinin mövcudluğuna istiqamətlənmiş dərsdinləmələr keçirilir.İngilis dili fənn  aylığına təsadüf edən bu dəfəki dərsdinləmə 8"D"  sinfində davam etdi.01/11/2024-cü il tarixdə ingilis dili müəllimi,həm də ingilis dili fənn metodbirləşmə rəhbəri Mikayılova Fərqanə "Dünya mətbəxi" mövzusunda keçdiyi dərs zamanı şagirdlər  verilən tapşırıqları yerinə yetirdilər və mövzu üzrə müzakirədə fəal iştirak etdilər. Dərsin müşahidəsi zamanı dərsin məqsədi,standartlara və məzmuna uyğunluğu,onun dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətləri,qiymətləndirmə meyarları və s. proseslər dərsi dinləyən direktor əvəzi və  təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova ,eləcə də ingilis dili müəllimləri  tərəfindən qeyd olundu.Dərsdinləmənin sonunda müəllimə müvafiq tövsiyyər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi