Ağacəkmə aksiyası keçirilib

       Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 2023-cü il 25 dekabr  tarixli  Sərəncamının icrası ilə əlaqədar  keçirilən tədbirlər sırasından məktəbin bəzi sinifləri üzrə  şagirdləri sinif rəhbərlərinin təşkilatçılığı ilə  ağacəkmə aksiyası keçiriblər. Şagirdlər tərəfindən  məktəbin həyətyanı sahəsində  həmişəyaşıl ağac və kol bitkiləri əkiIib.
       Ekologiya böhranı bəşəri xarakter daşıdığından insanlar bu problemləri yaradan məsələlərin həllinə böyük önəm verir. Ağac əkmək təbiətə yeni nəfəs verməkdir və ətraf mühiti yaşıllaşdırmaqla ana təbiətə böyük fayda verməkdir. "Ekologiya ayı" çərçivəsində ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunnasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi