Monitorinq keçirildi

Oktyabrın 30-da 2024-2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən 5 ,6 və 9- cu siniflərdə tədris dili,riyaziyyat və ingilis dili fənlərindən məzmun xətləri üzrə nailiyyətlərin ölçülməsi məqsədi ilə növbəti monitorinq təşkil olundu.
Elektron formatda keçirilən bu monitorinq, qaydalara riayət olunmaqla şəffaf şəkildə keçirilmiş və məktəb rəhbərliyi tərəfindən sonadək nəzarətdə saxlanılmışdır.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.