Dərsdinləmələr keçirilib

2024-2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət planına əsasən mütəmadi olaraq fənn aylıqlarının keçirilməsi davam edir.İbtidai siniflər üzrə direktor müavini Elnurə İsmayılova və ibtidai sinif müəllimləri 0"A"- Ülviyyə Xudaverdiyevanın və 4"E" - Ülkər Tağıyevanın siniflərində dərsdinləmələrdə olmuş, dərslərin keçirilməsi zamanı müəllimin pedaqoji, psixoloji, metodiki xüsusiyyətləri, şagirdlərin mövzuları qavrama,mənimsəmə, tətbiqetmə və s.qabiliyyətlərini izləmiş və dərslərin sonunda dərsin keyfiyyəti ilə bağlı müzakirələr keçirilmişdir.