"BilBacar" müsabiqəsinin hazırlıq mərhələsi keçirilib

       Məktəbimizin şagirdləri BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsində iştirak etdilər.Bu mərhələ 60 sualdan (20 riyaziyyat,20 oxu,20 təbiət elmləri) ibarətdir və hər sual şagirdlərin hesabına 1 bal əlavə edir. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir. Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiqetmə qabiliyyətinin artırılması hədəflənir.
        Hazırlıq mərhələsi koordinator Aytən Həsənovanın müşaiyəti ilə məktəb binasında bilbacar.edu.az saytı üzərindən həyata keçirildi.Bundan sonrakı mərhələdə isə ayda bir dəfə olmaqla 8 seansdan ibarət  “Yarış” bölməsi aktivləşəcək. Şagirdlər hər ay “Yarış” bitdikdən sonra öz nəticələrini respublika,regional təhsil idarəsi,məktəb və eyni zamnada liqalar üzrə görə biləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi