Maarifləndirici seminar keçirilib

Məktəblərdə şagirdlərin təhlükəsizliyi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş “Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi” mövzusunda təlimatın icrasının təmin edilməsi üçün məktəbimizdə müxtəlif tədbirlər həyata keçirilir.
Bullinq, məktəbdə və ya digər sosial mühitlərdə şagirdlər arasında təkrarlanan zorakılıq və təhqir hallarıdır. Psixoloji və fiziki olaraq zərər vuran bu hallar şagirdlərin özünəinamına, təhsil mühitinə və ümumən psixoloji sağlamlığına mənfi təsir göstərir. 28/10/2024-cü il tarixdə məktəb psixoloqu Turanə İmaməliyeva 8 və 9- cu sinif şagirdlərinin iştirakı ilə məhz bu mövzuda seminar keçirmişdir.Seminarın keçirilməsində əsas məqsəd şagirdlər arasında anlayışı artırmaq, onlara bullinqin təsirlərini və bu kimi hallarla rastlaşdıqda nə etməli olduqlarını izah etmək,həm də şagirdlərin bir-birinə qarşı hörmət və dəstək göstərməyin nə qədər vacib olduğunu onlara çatdırmaqdan ibarət olmuşdur.