"Təhlükəsiz informasiya axtarışı” adlı məşğələ

Reproduktiv sağlamlığa dair maarifləndirmə işlərinin davam etdirilməsi ilə bağlı təlimatın "Təhlükəsiz informasiya axtarışı"bölməsi üzrə məktəbin biologiya müəllimi Kərimova Əfruz 24/10/2024-cü il tarixdə 9"E" sinfində məşğələ keçirmişdir.
Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, informasiya mənbələrindən düzgün istifadə qaydaları haqqında məlumat verməkdir. İnformasiya kanalının əsas və etibarlı olmasının vacibliyini anlamaq məqsədilə məşğələdə "Kor və onun bələdçisi".
rollu oyunu keçirilib.Göz baglayıcı yaylıqlardan istifadə edilərək şagirdlər onlara təqdim olunan kağızlarda göstərilmiş şəkilləri, bələdçilik edərək "kor"rolunu oynayan şagirdə izah etməlidirlər.Şagirdlər cütlərə bölünərək oyunu nümayiş etdirdilər.
Sonda şagirdlərə refleksiya məqsədi ilə suallar verildi.Məşğələnin sonunda isə, şagirdlər hansı informasiya mənbələrinin daha etibarlı olmasını qiymətləndirməlidirlər.Keçirilən məşğələdə, şagirdlərə hər hansı suala cavab axtaran zaman bu təcrübəni yada salmağı və informasiyanı düzgün almaq üçün mötəbər informasiya mənbələrinə müraciət etmələri tövsiyə olundu.