Ekologiya aylığı üzrə tədbirlərimiz davam edir

          Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilməsi nəzərdə tutulur.
        Aylığın tədbirlər planına uyğun olaraq məktəbin 3"A" sinif şagirdləri sinif rəhbəri Mətanət Rəcəbovanın dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili"ilə əlaqədar "Yaşıl siniflərin yaradılması" mövzusunda yaşıl guşə yaratdılar.Şagirdlər bitkilərin dibini yumşaltdılar ,suladılar ,dibçək güllərinin yarpaqlarının tozunu silib qurumuş yarpaqları,budaqları təmizlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi