İbtidai siniflərdə dərsdinləmələr keçirilir

2024-2025-ci tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən,təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova ibtidai sinif müəllimləri ilə birgə ibtidai siniflər üzrə fənn aylığı çərçivəsində dərsdinləmələr keçirmişdir. 1"A"sinfində Rəna Salahovanın riyaziyyat fənni üzrə "Ümumiləşdirici dərs"i, 1"Ç" sinfində Abbasova Pərvanənin musiqi fənni üzrə "Musiqili diyarımız",4"Ə"sinfində Aygün Cabarovanın Həyat bilgisi fənni üzrə "İnsana təsir edən amillər" mövzularında dərsləri dinlənilmişdir.
Dərsin müşahidəsi zamanı dərsin məqsədi,standartlara və məzmuna uyğunluğu, dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətlər,qiymətləndirmə meyarları və s. proseslər qeyd olunmuş,sondə müəllimlərlə müzakirələr aparılmışdır.