Şəhid məzunumuzun məzarı ziyarət olunub

         Məktəbimizin məzunu olmuş Şəhid Məhəmməd Şəbiyevin anım günü ilə bağlı onun Fəxri Xiyabanda məzarı ziyarət olunmuşdur.Məktəbun 8 "E" sinif şagirdləri sinif rəhbəri Zəkiyyə Zeynalovanın  rəhbərliyi ilə Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş Məhəmməd Şəbiyevin əziz xatirəsini yad etmiş,müəllim tərəfindən böyük ehtiramla Şəhidimizin həyat və döyüş yolu haqqında məlumatlar şagirdlərə çatdırılmışdır.
Bu cür ziyarətlərin təşkil olunmasında əsas məqsəd  şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması,bizə çox əziz olan Şəhidlərimizin unudulmaması və onların daim yad olunaraq şərəfli ömür yolları haqqında məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi